KİV: "Rusiya “İsgəndər” taktiki raket kompleksləri alması üçün Ermənistana faizsiz kredit verəcək"
Rəsmi Moskva Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməyi planlaşdırır.
3 Aprel 2018 12:44 SiyasətRəsmi Moskva Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməyi planlaşdırır. Məlumata görə, bu barədə Ermənistanda nəşr olunan "Jamanak" qəzeti mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, bu dəfə kredit əvvəlkilərdən fərqli olaraq faizsiz veriləcək. "Kredit çərçivəsində alınması planlaşdırılan "İsgəndər" taktiki raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi nəzərdə tutulur", - deyə qəzet yazır. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31