Siyasət

Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyindən erməni KİV-lərində yayılan “bəyanat”a cavab

8 Mart 2018 09:35

Erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz separatçı rejimin agentlərinin təşəbbüsü ilə dırnaqarası “bəyanatın” ATƏT-də "rəsmi sənəd" kimi yayılması ilə bağlı çıxan iddialara cavab olaraq Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb.  ATƏT çərçivəsində müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilat Katibliyi hər hansı bir iştirakçı ölkənin tələbi ilə həmin Dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yayır.

Xocalı soyqırımını neçə ölkə tanıyıb? — SİYAHI

7 Mart 2018 21:23

Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır.  Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.

Mənəviyyatdan, dəyərdən bəhs edənlərin mənəviyyatsızlığı

7 Mart 2018 19:33

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədri Əli Kərimlinin illər uzunu eyni düşərgədən olan rəqiblərini bütün mümkün vasitələrdən istifadə edərək ləkələmək, bununla da sıradan çıxarmaq kimi qurduğu oyunlar indi bumeranq effekti verərək onun özünə sarı qayıdır. Söhbət Əli Kərimlinin oğlu Türkel Kərimlinin Londonda ali təhsil almaq adı altında çıxdığı min bir oyunlardan gedir. Hansı ki,  Türkel Kərimlinin etdiyi hərəkətlər atasının durmadan çığır-bağır saldığı, mənəviyyat, mədəniyyət, etika deyib durduğu mədəniyyətsizlik, mənəviyyatsızlıq və etikadan kənar hərəkətlərindən gedir.

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib

7 Mart 2018 19:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu təsdiq edib.

Prezident İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin inkişafına yüz milyon manat ayırdı

7 Mart 2018 18:51

Prezident İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev FHN və DSX əməkdaşlarının maaşlarını artırdı

7 Mart 2018 18:50

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb

7 Mart 2018 18:38

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur". Bunu açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib. 

İsa Qəmbərin sağlıq durumu kritikdir

7 Mart 2018 18:14

Müsavatın keçmiş başqanı İsa Qəmbərin sağlamlıq durumunda müalicəsi qeyri-mümkün olan problemlər aşkarlanıb. Bunu "Amerikanın Səsi" radiosu da təsdiq edib.