Siyasət

Prezident seçkiləri: Səsverməyə start verildi

11 Aprel 2018 08:23

Bu gün Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsvermə mərhələsi başlayıb.  MSK-nın “Seçkilər” İnformasiya Mərkəzində komissiya sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M.Pənahov bildirib ki, bu gün tarixi gündür. O, qeyd edib ki, MSK başda olmaqla, bütün dairə və məntəqə seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır. Onun sözlərinə görə, bu gün 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 315 minə yaxın seçici səsvermə hüququndan istifadə edəcək. Məntəqələrin 41-i ölkə hüdudlarından kənarda - Azərbaycanın xarici ölkələrdəki səfirlik və baş konsulluqlarında yerləşir.

Mevlüt Çavuşoğlu “Foreign Policy” jurnalında "Zeytun budağı" əməliyyatının mahiyyətindən danışdı

11 Aprel 2018 07:59

Yaxın Şərqdəki cansıxıcı, tutqun mənzərə sülhün mümkünlüyü həqiqətinə kölgə salmamalıdır. Sülhün təmin olunmasının başlıca prinsipi dövlətlərin ərazi bütövlüyünün qorunması olmalıdır. Bu, başqalarını fəda etmək bahasına və xarici qüvvələrin dəstəyi ilə yalnız distopiyalarını davam etdirmək üçün mövcud olan DEAŞ və PKK/YPG terrorçuları da daxil olmaqla bütün qüvvələrə qarşı çıxmaq deməkdir. Həmin təşkilatların bitib-tükənmək bilməyən qətliam baxışlarına qarşı sərt mövqe nümayiş etdirilməli və belə baxış yox edilməlidir.

Bu gün Azərbaycanda prezident seçkiləridir

11 Aprel 2018 07:36

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Bu il fevralın 5-də prezident İlham Əliyev Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Fevralın 6-da MSK-nın qərarına əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib.

Türkiyəli deputat: "Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçiriləcəyinə əminəm"

10 Aprel 2018 18:34

İnanırıq ki, Azərbaycanda prezdent seçkiləri demokratik şəraitdə, insan hüquqlarına hörmət prinsiplərinə uyğun şəkildə keçiriləcək. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Atilla Kaya bildirib.

Qənirə Paşayeva: "Prezident seçkilərində xalqımız layiqli namizədinə səs verəcək"

10 Aprel 2018 17:51

Azərbaycanda seçkilərə hazırlıq mərhələsi çox yüksək səviyyədə təşkil olunub. Namizədlərin təbliğat-təşviqat kampaniyası bərabər şəraitdə keçdi. Hər hansı qanun pozuntusu müşahidə olunmadı. Bunu  Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Sabah Azərbaycanda seçki günüdü

10 Aprel 2018 17:34

Sabah Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilir. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var. Səsvermə hüququ olan vətəndaşlar səhər saat 8:00-dan axşam 20:-00-dək seçki məntəqələrinə gedərək səsvermə hüquqlarından istifadə edə biləcəklər. Həmçinin ehtiyac yarandığı təqdirdə seçki məntəqələrində daşınar seçki qutularından da istifadə olunacaq.

Vüsal Hüseynov: "Prezident seçkilərinə beynəlxalq marağın artması Azərbaycanın yüksək nüfuzu ilə bağlıdır"

10 Aprel 2018 17:20

Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq ictimaiyyətin marağı böyükdür. Bunu Milli Məclisin deputatı Vüsal Hüseynov deyib. O qeyd edib ki, seçkiləri Avropa Şurası Parlament Assambleyasından 33, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasından 40, Müstəqil Dövlətlər Birliyindən 221, GUAM-dan isə baş katib də daxil olmaqla 5 nəfər izləyəcək. Həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, İslam Əməkdaşlıq Təşkilatı, xarici dövlətlərin parlamentariləri, beynəlxalq qeyri-hökumət təşkilatları seçkiləri müşahidə edəcək.

Ukrayna nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri barədə məlumatlandırılıb

10 Aprel 2018 17:14

Aprelin 10-da Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında olub.

Adı seçici siyahısında olmayanlar necə səs verəcək? RƏSMİ

10 Aprel 2018 17:07

Azərbaycanda seçici siyahılarında problem yoxdur. Kiminsə adı seçici siyahısında olmaya bilər, bu, normaldır. Sechki-2018.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

MSK: "Müşahidə aparmaq istəyən heç kimə mənfi cavabı verilməyib"

10 Aprel 2018 16:54

"125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb".  Məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. 

Seçkiləri 51 xarici KİV-dən 118 jurnalist işıqlandıracaq

10 Aprel 2018 16:51

"Azərbaycanda keçirilən prezident seçkilərini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq".  Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. 

Turabi Ergün: "Azərbaycan xalqının ən layiqli namizədə səs verəcəyinə əminəm"

10 Aprel 2018 16:37

Türkiyə bütün məsələlərdə Azərbaycan ilə həmrəylik nümayiş etdirir. Qardaş ölkələrimiz hər zaman bir-birinə dəstək verir. Aprelin 11-də qardaş Azərbaycan xalqının ən layiqli namizədə səs  verəcəyinə əminəm.

“The Washington Times”: "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?"

10 Aprel 2018 16:36

“The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu “Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək: