Siyasət
“The Washington Times”: "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?"
“The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu “Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək:
Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb. Sechki-2018.az saytının xəbərinə görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.
“Akşam” qəzeti: "Türkiyə Azərbaycandakı seçkiləri yaxından izləyir"
Türkiyənin “Akşam” qəzeti Azərbaycanda keçiriləcək prezident seçkilərindən yazıb. Məqalədə 8 namizədin prezidentlik uğrunda mübarizə aparacağı qeyd olunur.
Lidiya Qumerova: "Azərbaycan xalqı seçkilərə hər zaman məsuliyyətlə yanaşır"
Aprelin 10-da Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Sədr qeyd edib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Səsvermənin gedişini 894 beynəlxalq, 59 minə yaxın yerli müşahidəçi izləyəcək. Bundan başqa, 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi seçkiləri işıqlandıracaq. MSK sədri bütün KİV nümayəndələrinə və müşahidəçilərə seçkiləri izləmək üçün hər cür şəraitin yaradıldığını bildirib.
Rəvan Həsənov: "Azərbaycandakı multikultural mühit şəffaf seçkilərin keçirilməsi üçün ideal şərait yaradır"
Azərbaycanda seçki prosesi beynəlxalq qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilir. Bunu sechki-2018.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov bildirib.
Prezident seçkiləri günü Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək
Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.
Azərbaycanın Moldova və Belarusdakı səfirlikləri seçkilərə tam hazırdır
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarus və Moldovadakı səfirliklərində bütün hazırlıq işləri yekunlaşıb.
Ceyson Kats: "Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"
2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində də müşahidəçi kimi iştirak etmişəm. Həmin vaxt seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izlədim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmadı. Bunu Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, “Tool Shed Group”un rəhbəri Ceyson Kats sechki-2018.az saytına açıqlamasında deyib.
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının səs verməsinin təmin edilməsi üçün hazırlıq işləri başa çatıb
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının aprelin 11-də keçiriləcək Prezidenti seçkilərində səs verməsinin təmin edilməsi üçün hazırlıq işləri başa çatıb.
Türkiyəli ekspert: "Aprelin 11-də Azərbaycan demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək"
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb. Əminəm ki, aprelin 11-də Azərbaycan keçiriləcək seçkilərdən sonra da bu əməkdaşlıq münasibətləri uğurla genişlənəcək. Bunu sechki-2018.az saytına açıqlamasında enerji məsələləri üzrə ekspert, Mersin Universitetinin müəllimi Azime Telli Serpin bildirib.
Səftər Rəhimli: "Seçkilərin şəffaf keçirilməsi üçün lazımi addımlar atılıb"
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün bərabər imkanlar yaradıldı. Hər bir namizəd üçün pulsuz efir vaxtı ilə yanaşı, onların seçicilərlə görüşlərinin keçirilməsi üçün xüsusi yerlər də ayrıldı.
İsa Həbibbəyli: "Demokratik mühit seçkilərin ədalətli keçəcəyinə təminat verir"
Azərbaycanda prezident seçkilərinin demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Rusiyada yaradılan seçki məntəqələri prezident seçkilərinə tam hazırdır
Rusiyada yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklər.
Qarabağ problemində kritik dövr başlayır
Ermənistanda hakimiyyətin, daha doğrusu prezident postunun rəsmən təhfil-təslim prosesi həyata keçirildi. Belə ki, Serj Sərkisyanın təyinatı və Ermənistan parlamentinin dəstəyi ilə işğalçı ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan aprelin 9-dan etibarən işğalçıların prezidenti vəzifələrinin icrasına başladı.
Dağlıq Qarabağa qanunsuz səfər etmiş yəmənli bloqerin adı öz xahişi əsasında “qara siyahı”ya salınmayıb
Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib.














