Siyasət
20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb
Bakının 20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb. 20 saylı Nərimanov II seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 319 seçici var. Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsverməyə beş gün qalmış əlavə olaraq 2 müvəqqəti məntəqə (yəni 34 və 35 saylı) açılıb.
Tadeuş İvinski: "Seçicilərin fəallığına heyran olmuşuq"
Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq. Bunu "Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü" QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü və AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin sabiq həmməruzəçisi, professor Tadeuş İvinski deyib.
Elmira Süleymanova: "Seçicilər arasında səsvermə prosesi aktivdir"
Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir. Bunu prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.
MDB-nin müşahidəçisi: "Səsvermə Azərbaycanın Seçki Məcəlləsinə tam uyğun şəkildə keçirilir"
Azərbaycanda Seçki Məcəlləsinə tam uyğunluq müşahidə olunur. MDB-nin Azərbaycanda keçirilən prezident seçkiləri üzrə müşahidə missiyasının üzvü Valeh Abbasov (Başqırdıstan) bildirib.
Seçki sonrası gözləntilər doğrularsa...
Azərbaycanın Latviyadakı səfirliyində prezident seçkilərində səsvermə başlanıb
Aprelin 11-də yerli vaxtla səhər saat 08.00-da Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış, 16 saylı Yasamal ikinci seçki dairəsinin 37 saylı seçki məntəqəsinə təhkim edilmiş məntəqədə Azərbaycan Respublikası prezidenti seçkiləri başlanıb. Sechki-2018.az saytının xəbərinə görə, məntəqə seçki komissiyası konsul uçotunda olan vətəndaşlarımızın maarifləndirilməsi üçün zəruri iş aparıb. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına və Azərbaycan Seçki Məcəlləsinə müvafiq qaydada keçir.














