Siyasət
İsveçrədəki vətəndaşlarımız Berndə yaradılan seçki məntəqəsində səs verirlər
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə İsveçrədə də keçirilir.
Sumqayıtda 37 seçki məntəqəsində veb-kamera quraşdırılıb
Aprelin 11-də saat 8-də Sumqayıtda yerləşən 134 seçki məntəqəsində Azərbaycan prezidentinin seçkiləri ilə bağlı səsvermə başlayıb. Artıq səhər tezdən məntəqələrdə seçicilərin fəallığı müşahidə olunub.
Azərbaycanın ən yaşlı seçicisi səs verib
Azərbaycanın ən yaşlı seçicisi səs verib. Sechki-2018.az saytının xəbərinə görə, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.
Koryen Yonker: "Müşahidələrimizin nəticələrini sabah açıqlayacağıq"
Martın 9-dan Azərbaycanda işləyirik. Seçki öncəsi vəziyyəti müşahidə etdik. Bu gün səsverməni müşahidə edirik və aprelin 24-nə kimi səsvermədən sonrakı fəaliyyətləri izləmək üçün burada olacağıq.
ABŞ-da olan müşahidəçi: "Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir"
Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir. Hər kəs seçki məntəqəsində istədiyi plakatı tapır. Hətta seçici siyahısını tapmaq da çox asandır.
Vyanada yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir
Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılan 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.
Günün sonunda dünya müharibəsi BAŞLAYACAQ – Məsləhətçilərdən Trampa ŞOK MƏSLƏHƏT
Oqtay Əsədov prezident seçkilərində səs verib
Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermədə iştirak edib.
Cəzaçəkmə müəssislərində səsvermə keçirilir
Ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda səsvermə keçirilir
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı məntəqədə səsvermə keçirilir. Məntəqə Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun qurulub. Məntəqənin girişində seçicilərin siyahısı asılıb. Burada seçicilərin öz siyasi iradələrini azad və demokratik şəraitdə ifadə etmələri üçün bütün şərait yaradılıb.
ATƏT PA müşahidə missiyasının rəhbəri səsvermə prosesini izləyir
Saat 10.00-a olan seçici fəallığı
ATƏT DTİHB missiyasının rəhbəri: “Sabah müşahidələrimizi açıqlayacağıq”
20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb
Bakının 20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb. 20 saylı Nərimanov II seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 319 seçici var. Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsverməyə beş gün qalmış əlavə olaraq 2 müvəqqəti məntəqə (yəni 34 və 35 saylı) açılıb.
Tadeuş İvinski: "Seçicilərin fəallığına heyran olmuşuq"
Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq. Bunu "Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü" QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü və AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin sabiq həmməruzəçisi, professor Tadeuş İvinski deyib.














