Moskvaya ağır zərbə

Hindistan Rusiya ilə birgə S-57 təyyarələrinin əsasında yeni, beşinci nəsil təyyarələri hazırlamaqdan imtina edib.

Artıq Hindistan Müdafiə naziri Sancayte Mitru bu barədə Moskvanı məlumatlandırıb. Rəsmi Dehlinin 11 illik proqramdan imtinasına səbəb texniki və maliyyə məsələləri olub. Bununla belə Hindistanın Rusiyanın öz istehsalı olan S-57 təyyarələrindən hələlik imtina etmədiyi vurğulanıb.

Dehli hesab edir ki, Moskvanın onlara təqdim etdiyi layihə əsasında hazırlanan təyyarələr tam "gözəgörünməz" ola bilmir. Həmçinin, rus təyyarələrinin radar və sensorlarının beşinci nəsil qırıcıların standartlarına cavab vermədiyi vurğulanıb.

Qeyd edək ki, Hindistanla Rusiya 2007-ci ildən etibarən birgə beşinci nəsil qırıcı hazırlamağa başlayıblar. Bu təyyarə Su-57 təyyarəsinin əsasında yaradılacaqdı.

ONN İnformasiya Agentliyi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31