Siyasət

Azərbaycan prezidenti: “Ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik”

18 Aprel 2018 16:07

“2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaq”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.

Dövlət başçısı: “Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir”

18 Aprel 2018 16:05

“Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb”. Məlumata görə, bunu prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib. O bildirib ki, dörd böyük su anbarı tikilib: “Son bir neçə il ərzində biz hər il 100 mindən çox hektara yeni su mənbəyi gətiririk. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaq”.

Prezident: “Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”

18 Aprel 2018 16:04

“Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik, böyük infrastruktur layihələri icra edilib”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.

Dövlət başçısı: ““Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”

18 Aprel 2018 16:03

“Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur”. Məlumata görə, bunu bu gün prezident İlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində deyib.

Prezident: “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”

18 Aprel 2018 16:01

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”. Məlumata görə, bu sözləri prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib. 

Prezident: “Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaq”

18 Aprel 2018 16:00

“Azərbaycanda mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

İlham Əliyev: “Növbəti illərdə vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq”

18 Aprel 2018 15:59

"Növbəti illərdə çox ciddi islahatlar aparacağıq və əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq".  Bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib. 

Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi başa düşmür ki, dağıtdıqları məscidləri qəlbimizdə yaşadırıq”

18 Aprel 2018 15:57

“Erməni vandallar, Ermənistan rəhbərliyi bizim tariximizə qarşı da soyqırımı törədib, məscidlərimizi dağıdıblar. Amma onlar başa düşmürlər ki, dağılmış məscidləri qəlbimizdə yaşadırıq”.

İlham Əliyev: “Dünya birliyinin əksəriyyəti bizi dəstəkləyir”

18 Aprel 2018 15:44

"Azərbaycan son 15 ildə beynəlxalq aləmdə çox böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqeyimiz möhkəmlənir". Bunu prezident İlham  Əliyev andiçmə mərasimində deyib. 

Prezident İlham Əliyev: “Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib”

18 Aprel 2018 15:36

“Bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.    

Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"

18 Aprel 2018 15:35

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı  bizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır". Bunu dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.

Bakının İrəvan siyasəti: Sərkisyan elə bir etiraf etdi ki...

18 Aprel 2018 14:53

Bakı Ermənistan ictimaiyyətini düşünməyə məcbur edir və bu, gec-tez öz nəticəsini verəcək. Bu sözləri  açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan parlamentindəki iqtisadi vəziyyətlə bağlı çıxışını şərh edən politoloq İlqar Vəlizadə deyib.

Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələyə keçməsinə imkan verməyəcəksə,...

18 Aprel 2018 14:49

Ermənistanda seşki həyəcanı çoxdan bitsə də, lakin hələ də gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Xüsusilə, sabiq prezident Serj Sərkisyanın hakimiyyəti yenidən əldə saxlamaq üçün baş nazir postuna yiyələnməsi bu ölkədə ciddi etirazlarla qarşılanıb. Artıq bir neçə gündür ki, erməni cəmiyyəti Sərkisyanın hakimiyyəti zəbt etməsinə qarşı ayaqdadır və İrəvanda kütləvi aksiyalar keçirilir.

Prezident: “Seçkilər zamanı çıxış edən antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır”

18 Aprel 2018 14:23

"Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur".  Bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib.