Almaniyada Ulu öndərə həsr olunan beynəlxalq konfrans

Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Olaylar.az bildirir ki, Almaniyada Azərbaycan Dillər Universitetinin, Auqsburq Universitetinin və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə konfransın "Azərbaycan və Almaniya multikulturalizmi" mövzusunda bölmə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən bəhs edib.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski Azərbaycanlıların tarixən multikultural bir xalq olduğunu qeyd edib. Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mainz Universitetinin professoru Hendrix Busoten, Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Sarovski, Rus Provaslav kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Protestant İcmasının rəhbəri xanım Vera Nesterova və Azərbaycan Dillər Universitetinin professoru Aynur Sabitova məruzələrlə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31