Azad Rəhimov Qəbələdə vətəndaşlarla görüşəcək

Gənclər və idman naziri Azad Rəhimov mayın 7-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki,  qəbulda Şəki, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala, İsmayıllı  şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da  Qəbələ Mədəniyyət Mərkəzində  başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31