Rusiya XİN: Qarabağ üzrə danışıqları davam etdirmək üçün Ermənistandakı vəzi
4 May 2018 16:41 Siyasət"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək üçün Ermənistandakı vəziyyətin sabitləşməsini gözləmək lazımdır".
Bunu brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Dağlıq Qarabağ məsələsində ardıcıl mövqe tuturuq. Ermənistan hazırda çətin siyasi dövrlərini yaşayır. Daxili siyasi vəziyyət tam olaraq sabitləşdikdən sonra digər problemlər, o cümlədən Qarabağ münaqişəsinin həlli məsələsi barədə danışmaq olar", - M.Zaxarova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31