Siyasət

Azərbaycan prezidenti: “Seçki kampaniyası zamanı namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacaq”

18 Aprel 2018 14:22

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm” “Son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

SOS! Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür…” – REPORTAJ

18 Aprel 2018 14:18

Həyat yoldaşının telefonunda Azərin iki il əvvəl çəkilmiş şəkillərinə baxırıq. Sonuncu şəkil daha çox diqqətimi çəkir. Hərbi geyimdə bir əsgər əlindəki silahdan bərk-bərk yapışıb. Başının üstündə Azərbaycan bayrağı dalğalanır. Gözümü telefondan çəkib, yataqda ağrıdan qıvrılan Azərə baxıram. İki il əvvəl aprel döyüşlərində qəhrəmancasına döyüşən o əsgərdən əsər-əlamət qalmayıb. Üz-gözü şiş, silahdan yapışan o qolları iynədən dəlik-deşik… Başını tutub, ağrının təsirindən inildəyir…

Prezident: “Demokratik inkişafla bağlı siyasətimiz milli maraqlarımızı təmin edir”

18 Aprel 2018 14:05

“Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub”. Məlumata görə, bu sözləri prezident İlham Əliyevaprelin 18-də andiçmə mərasimində deyib.

İlham Əliyev: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”

18 Aprel 2018 14:02

“Mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqıma dərin təşəkkürümü bildirmək istəyirəm”. Məlumata görə, bunu bu gün prezident İlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində deyib. Dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.

Gözlər Prezidentdə: Yeni baş nazir kim olacaq?

18 Aprel 2018 13:45

Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı üçün Nazirlər Kabineti tam tərkibdə istefa verdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmət orqanları

18 Aprel 2018 13:40

Bu günlərdə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycana bir çox dəyərli miraslar qoyub gedib. AXC-nin hüquqi varisi sayılan müstəqil Azərbaycanın bu günkü hüquq-mühafizə, xüsusi sidmət orqanlarının yaşı da elə Cümhuriyyət dövrünə gedib çıxır. Araşdırmaçı  Elşad Qoca deyir ki, AXC dövründə ölkənin xüsusi xidmət orqanlarının ilk fəaliyyəti Hərbi Nazirliklə bağlıdır.

AXC dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoydu

18 Aprel 2018 13:38

Birinci Dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı.

Prezident hökumət üzvlərinin səlahiyyətlərini icra etməsi haqqında sərəncam imzalayıb

18 Aprel 2018 13:01

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə,Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetiüzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Nazirlər Kabineti istefaya gedib

18 Aprel 2018 12:59

Azərbaycan Nazirlər Kabineti bu gün istefa verib. Məlumata görə, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Politoloq: “Sarkisyan cinayətkar rejimin ömürünü uzatmağa çalışır”

18 Aprel 2018 12:08

“6 gündür ki, Ermənistanda vəziyyət gərgin olaraq qalır. Serj Sarkisyana etiraz olaraq minlərlə etirazçı aksiyalarını davam etdirirlər. Ermənistanda konstitusiya dəyişikliyindən sonra ölkə parlament üsul idarəsinə keçdi”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Prezident andiçmədən sonra ilk ora getdi

18 Aprel 2018 11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Düşmən 105 dəfə atəşkəsi pozub

18 Aprel 2018 11:39

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.