Siyasət

Arizona ştatının qanunverici orqanında Azərbaycana dair geniş təqdimat

18 Aprel 2018 10:30

ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

Səfirliklə  Ramsfeld Fondunun birgə tədbiri

18 Aprel 2018 09:22

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak etmişdir.