Nazirlik vəzifəli şəxsi CƏRİMƏLƏDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riyaət olunması məqsədilə növbəti reyd keçirilib.

Olaylar.az bildirir ki, reyd zamanı Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində əmələ gələn məişət tullantılarının qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun idarə olunmadığı və qeyri-mütəşəkkil atıldığı aşkar edilib.

Faktla bağlı Nəvai bələdiyyəsinin sədri Səmayə İsmayılova barəsində protokol tərtib olunub. Bələdiyyə sədrinin vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilməsi üçün zəruri tədbirlər görülür.

Tullantıların qısa vaxt ərzində təmizlənib, ümumrayon  məişət tullantısı yığım yerinə daşınması üçün S.İsmayılovaya icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31