Türkiyə müxalifətinin Azərbaycansayağı gedişi

Yaxud Kılıcdaroğlu siyasi fiasko astanasında

Deyəsən Türkiyədə də əsas ana müxalifət sayılan partiyalar Azərbaycan müxalifətinin radikal qanadı kimi siyasi iflasa doğru gedir. Hər halda hər dəfə qardaş ölkədə keçirilən bu və ya digər seçkilərdə Türkiyəd müxalifətinin əsas aparıcı qüvvəsi sayılan Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasının seçkidən məğlub durumda ayrılması deyilənləri təsdiqləyir. Bu azmış kimi Türkiyə müxalifəti, əsasən də həmin partiyaların lidüerləri bir növ Azərbaycanın radikal siyasi düşərgəsindən demək olar ki, pis bir örnək götürüb. Seçkilərdə biabırçı durumda məğlub olacağından ehtiyat edərək seçki mübarizəsinə qoşulmamaq. Düzdür, Azərbaycanın radikal siyasi düşərgəsi ümumiyyətlə seçkilərdə iştirakdan imtina edir. Ancaq qardaş ölkədə müxalifət partiyaları seçkilərə qatılsalar da, lakin partiya sədrləri öz namizədliklərini irəli sürmürlər. Bir növ Türkiyə müxalifəti hələ 2013-cü ilin Azərbaycan müxalifətinin oynadığı oyunu nümayiş etdirir. Hər halda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində namzidəliyini irəli sürməyəcəyi barədə verdiyi açıqlama belə deməyə əsas verir. Təsadüfi deyil ki, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlunun bu mövqeyi heç də normal qarşılanmayıb.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyədə növbədənkənar seçkilərin keçirilməsini daima vurğulayan CHP sədri Kamal Klıçdaroğlu hesab edirdi ki, bununla Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətini gətirəcək: "Ancaq hesablamırdı ki, növbədənkənar seçkilər artıq özünün siyasi sonunu gətirə bilər. Dəniz Baykalın siyasi qürubu üzərindən başqanlığa gələn Kamal Kılıçdaroğlu artıq fakt qarşısındadır. CHP başkanı hesablayırdı ki, AKP  növbədənkənar seçkilərə getməyəcək və öz sərt ifadələrilə müxalifliyini davam etdirəcək. MHP sədri Dövlət Baxçalının növbədənkənar seçkini elan etməsi, Kamal Kılıçdaroğlunu hazırlıqsız yaxaladı. Qeyd edək ki, Kılıçdaroğlunun  bu qərardan sonra namizəd olması sual altında idi. Çünki, onun reytinqi Rəcəb Tayyib Ərdoğandan aşağıdır və seçkilərə qədər özünü toparlayıb, Ərdoğan üzərində qalibiyyətə gətirə biləcək vətəndaşların səsini ala bilməyəcəkdi. Bu, Rəcəb Tayyib Ərdoğan qarşısında acı məğlubiyyət və partiya daxilində ona qarşı narazılıqların artmasına, sədrlikdən getməsi ilə nəticələnəcəkdi. Kamal Klıçdaroğlu bu proseslər fonunda, özünü məğlubiyyətdən qurtarmaq üçün siyasi gediş edərək, vaxtı ilə özünə müxalif olan Müharrem İncənin prezidentliyə namizədliyini irəli sürdü". Politoloq deyir ki, CHP sədrinin namizəd olmaması onun bir müddətdən sonra siyasi fiaskosunu yaxınlaşdıra bilər: "Partiya başqanlığından getməsi reallaşar. CHP prezidentliyə namizədi Müharrem İncənin Ərdoğana qalib gəlməsi mifdir. Sadəcə, M.İncə namizəd olmağa ona görə razılaşdı ki, bu onun siyasi olaraq güclənməsinə, reytinq qazanmasına aparacaq. Seçkilərdə Rəcəb Tayyib Ərdoğana uduzması, onu narahat etməyəcək. Bu seçkilərdə demək olar ki, "İYİ" partiya sədri Meral Akşener CHP-nin namizədindən çox səs toplasın. Əgər, bu baş verərsə, İYİ partiya CHP-dən önə keçəcək. Kamal Kılıçdaroğlu ən yaxşı halda Meral Akşenerin namizədliyini dəstəkləməli, onun ətrafında prezident seçkilərinə qatılmalı idi. Bununla heç olmasa siyasi reytinqini və CHP-nin güclü partiya kimi mövqeyini qoruyardı. Ölkənin ana müxalifət liderinin bu qədər zəif durumda olması, onun siyasətinin güclü olmamasından irəli gəlir. Kamal Klıçdaroğlu CHP sədrliyindən gedərsə, partiyanın inkişafının önü açılar. Bir sözlə CHP sədri, AKP sədri Rəcəb Tayyib Ərdoğanla meydanlarda mübarizədən çəkindi".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki,  Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu prezident seçkisində özünün namizədliyini irəli sürmək əvəzinə partiyann bir başqa tanınmış fiquru Muharrem İncenin namizədliyini irəli sürməsinin iki səbəbi var: "Birincisi, Kamal Kılıçdaroğlu seçkidə indiki prezident Rəcəb Təyyub Ərdoğanla yarışsaydı, ona uduzacaqdı, bu halda partiya liderliyindən istefa vermək məcburiyyətində qalacaqdı. Ona görə də Kamal Kılıçdaroğluna partiya daxilində qurbanlıq quzu lazım idi. İkincisi, Kamal Kılıçdaroğlu Muharrem İnceni irəli sürməklə onun simasında partiyadakı əsas rəqibindən qurtulmağı da düşünür. Çünki Kamal Kılıçdaroğlu bilir ki, İnce Ərdoğanın xeyli gerisində qalacaq və bundan sonra partiya liderliyindən əl çəkəcək. Ancaq Kamal Kılıçdaroğlunun hesabları tutmaya da bilər. Muharrem İnce Ərdoğana məğlub olsa belə kifayət qədər səs toplasa bu onun gələcəkdə CXP liderliyinə iddiasını ortaya qoya bilər. Vaxtilə elə Kamal Kılıçdaroğlu da eyni yolla partiyasının başına gəlmişdi. O İstanbulda bələdiyyə seçkilərində AKP-nin namizədinə az fərqlə məğlub olmuşdu, buna baxmayaraq qazanılan səslər bir müddət sonra ona Dəniz Baykalı əvəz etməyə şərait yaratmışdı. Fikrimcə, Muharrem İnce Kamal Kılıçdaroğludan daha güclü siyasətçidir, inandırıcılıq qabiliyyəti güclüdür"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31