“Azərbaycan Xalq Cümhuriyyəti istənilən dövlət üçün yaxşı bir örnəkdir”

"Azərbaycan Xalq Cümhuriyyəti hər şeydən öncə türk-islam aləminin ilk respublika idarəçilik üsulu ilə qurulan dövlət olması baxımından bir ilkdir". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

"Biz Azərbaycan xalqı olaraq düz 100 il öncə bunu bacarmaqla nəinki türk-islam aləminə, eləcə də bu gün bizə demokratiya dərsi keçməyə çalışan bir çox Qərb dövlətlərinə örnək olmuş, yol açmışıq.

Digər tərəfdən, bu dövlət qurulduqdan dərhal sonra bir sıra islahatlar aparılıb, cəmmiyyətin yeni nizamlama qaydalarının zərurətini əməlində sübut edib. Burada özəlliklə mətbuat azadlığı, bir müsəlman ölkəsi üçün heç də asan olmayan qadınlara seçib seçilmək hüququnun tanınmasını ayrıca vurğulamaq istərdim. Yeri gəlmişkən, yenə də bizə demokratiya dərsi keçməyə çalışan bəzi dövlətlər o dönəmdə hələ də quldarlıqla, insan istismarı ilə məşğul idi, üstəlik də qadınlara seçim hüququ tanınmırdı.

Ümumilikdə yüksək dəyərlər sisteminə söykənən AXC istənilən dövlət, o cümlədən günümüzün ən irəli çıxmış dövlətləri üçün yaxşı bir örnəkdir"-deyə, Azər Həsrət fikirlərini tamamlayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31