Ziyafət Əsgərov jurnalistlərə irad tutdu

Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin Birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərin fəaliyyətinə irad tutub.

Z.Əsgərov Milli Məclis tərəfindən qəbul edilən bir sıra qanunların kütləvi informasiya vasitələrində (KİV) istənilən səviyyədə işıqlandırılmadığını söyləyib. 

O, buna görə KİV rəhbərlərinə və Milli Məclisdə akreditə edilən jurnalistlərə iradını bildirib:

"Burada iştirak edən jurnalistlər lazımı xəbərləri vermək əvəzinə, digər məlumatları yaymağa maraqlıdır. Milli Məclisdə hər hansı insident baş verən kimi jurnalistlər dərhal onu geniş işıqlandırır. Ancaq qəbul edilən qanunlar KİV-də geniş təbliğ olunmur. Hesab edirəm ki, qanunların təbliği işi kifayət qədər aparılsa, bəzi problemlər də olmaz".

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31