BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə Xidmətin inzibati binasında keçirilən görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib.

"OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və bu əlaqələrin bu gün də uğurla davam etdirildiyi vurğulanıb.

DMX-də 2008-ci ilin fevral ayından Qaçqın statusunun müəyyənləşdirilməsi üzrə müvafiq struktur bölməninfəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Vüsal Hüseynov bildirib ki, DMX-də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sığınacaq almaq üçün müraciət etməyə yaradılmış lazımi şəraitin daha da təkmilləşdirilməsi üçün müvafiq işlər görülür. DMX tərəfindən biometrik "Qaçqın vəsiqəsi" və "Yol sənədi"nin yeni nümunələri hazırlanıb.

Azərbaycanın iki regionunda (Bakı və Yevlax) Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir ki, "qaçqın" statusu almaq niyyətində olan şəxslərin yaşamaq üçün yerləri olmadığı təqdirdə müraciətlərinin araşdırılması mərhələsində onlar könüllü şəkildə həmin mərkəzlərdə yerləşdirilirlər.

Xidmət rəisi bildirib ki, 2007-2017-ci illər ərzində müxtəlif ölkələrdən 1125 ərizəçi (ailə üzvləri ilə birlikdə 2210 nəfər) qaçqın statusu almaq niyyəti ilə Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edib. Hazırda 46 ərizəçi (ailə üzvləri ilə bir­lik­də 75 nə­fər) qaçqın kimi Döv­lət Miqrasiya Xidmətində qeydiyyatdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31