Siyasət

ABŞ Konqresində  Azərbaycan tolerantlığı alqışlandı

19 Aprel 2018 09:53

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in  və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

18 Aprel 2018 18:14

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.

Sarkisyanı devirə biləcəklərmi? - İrəvan küçələrindəki döyüşün mümkün nəticələri

18 Aprel 2018 18:11

“Ermənistanda baş verən hadisələr heç də Sarkisyanın istefası ilə nəticələnməyəcək”. Bu sözləri Ermənistanda baş verən siyasi prosesləri şərh edən siyasi ekspert Arzu Nağıyev deyib.

Səfir İraqda üç azərbaycanlı qadının edama məhkum edilməsi barədə məlumata münasibət bildirib

18 Aprel 2018 17:34

"İraqda edam hökmünə məhkum edilmiş azərbaycanlı qadınlar barədə bizə rəsmi məlumat daxil olmayıb". Bunu  Azərbaycanın İraqdakı səfiri Ramiz Qafarov deyib.

Ərdoğan: "Bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək"

18 Aprel 2018 17:32

“Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının növbədənkənar prezident və parlament seçkiləri keçiriliməsi ilə bağlı təklifini keçirdiyimiz görüşdə geniş müzakirə etdik”.

İlham Əliyevin yenidən prezident seçilməsinə 56 ölkədən dəstək

18 Aprel 2018 17:09

Bu gün Bakıda öz işinə başlayan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransında iştirak edən nümayəndə heyətlərinin yekdil qərarı ilə 56 üzv ölkəni öz sıralarında birləşdirən İƏT Nazirlər Konfransı adından Azərbaycan Prezidenti İlham Əliyevə, 11 apreldə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik göndərilib.

Vüqar Rəhimzadə: “Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək"

18 Aprel 2018 16:41

“Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək. Bundan sonrakı proqramlar kifayət qədər zəngindir. Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsi, sosial həyat şəraitinin yaxşılaşdırılması, sabitliyin daha da dərinləşdirilməsi uğurlu şəkildə davam edəcək”. Bunu  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Elçin Mirzəbəyli: “Terrorçuluq Sarkisyan hakimiyyətinin mahiyyətini əks etdirir”

18 Aprel 2018 16:39

“Ermənistanda uzun müddət tam sabitliyin bərpa olunacağı inandırıcı görünmür. Amma məncə hadisələrin gedişatının izləmək lazımdır. Çünki müxalif deputat Nikol Paşinyan və tərəfdarları “məxməri inqilab” başladıqlarını elan etsələr də onların bir o qədər də ciddi potensiala və gücə malik olmadığı göz önündədir”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Prezident and içdi

18 Aprel 2018 16:37

Aprelin 11-də keçirilən prezident seçkilərində  seçicilərin əkəriyyətinin səsini qazanaraq qalib olmuş  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

“Ermənistan hakimiyyətinin öz xalqına qarşı cinayətini beynəlxalq birlik görmək istəmir” – Elman Nəsirov

18 Aprel 2018 16:35

Xəbər verdiyimiz kimi, Ermənistanda kütləvi aksiyalar keçirilir. Etiraz aksiyalarının səbəbi isə Serj Sarkisyanın baş nazir seçilməyidir.

"İlham Əliyevin liderliyi ilə hələ çox qələbələrə, zəfərlərə imza atılacaq"

18 Aprel 2018 16:30

"Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Xalqımız üçün uğurlu-xeyirli olsun!" Bunu millət vəkili Sahib Alıyev dilə gətirib. "Prezidentin proqram xarakterli çıxışından gəldiyim nəticə budur ki, Qarabağ münaqişəsinin həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq"-deyən, millət vəkilinin sözlərinə görə, yəni, torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək: "Bununla yanaşı cənab Prezidentin Ermənistanın özünün belə azərbaycanlıarın torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür.