Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
7 May 2018 12:49 SiyasətAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.
Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31