Siyasət

Araz Əlizadə: “Əli Kərimlinin mənəviyyatı 2-3 əsr əvvəldə qalıb”

15 May 2018 18:19

“Həmin professorun fikirləri ilə razılaşmaq mümkün ola bilməz. Əgər o professor Əli Kərimlini ulu adlandırsaydı, razılaşmaq olardı. Çünki onun mənəviyyatı 2-3 əsr əvvəldə qalıb”. Bu fikirləri açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə ABŞ-da Azərbaycanla bağlı dinləmələr zamanı Massaçusets Universitetinin tarix elmləri üzrə professoru Odri Alştadtın çıxışında Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marjinal şəxsi“ və ya “qocası” adlandırmasına münasibətini bildirərkən deyib.

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub

15 May 2018 18:01

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini vəzifəsində çalışmış Bəhruz Quliyev həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

Kanada azərbaycanlıları Helsinki Komissiyasının dinləmələrinə etiraz edir

15 May 2018 17:56

Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Niderlandın kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb

15 May 2018 17:31

Mayın 15-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa Şurası Parlament Assambleyasının Fəxri Prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden başçılıq etdiyi Niderland Krallığının kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb.

Əli Həsənov: "Müstəqilliyimizin əzmlə qorunması Ulu öndərlərimizin ruhunu şad edir"

15 May 2018 16:48

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edib. Mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər.

Müdafiə naziri Misir səfiri ilə görüşüb

15 May 2018 15:41

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Neftin bahalaşmasında Tramp və Qüds izləri: qiymətlər 100 dollara çatacaqmı?

15 May 2018 15:19

İran neftinə embarqo daha çox Rusiya və Səudiyyə Ərəbistanının maraqlarına cavab verir. Birjalarda neftin qiyməti 78 dolları keçib və bu qiymət sonuncu dəfə 2014-cü ilin noyabrın sonunda müşahidə olunub. Bu, "qara qızıl"ın qiymətlərinin 3,5 illik maksimuma çatması deməkdir. Adətən belə hallarda səbəbləri axtarmaq müəyyən dərəcədə çətin olur. Çünki neft bazarında qiymətlərə təsir edən amillər olduqca çoxdur, lakin indiki halda səbəblər sırf geosiyasi amillərlə bağlıdır.

Azərbaycan dünyada stabil inkişafa malik, tolerant bir dövlət olaraq tanınır

15 May 2018 15:10

Ölkəmizdə demokratik mühit mövcuddur və qanunun aliliyi təmin edilib Azərbaycanın regionda mühüm əhəmiyyət kəsb edən bir ölkəyə çevrilməsi, uğurlarının ildən-ilə artması ölkəmiz üçün yeni-yeni imkanlar açır, perspektivlər vəd edir. Elə cari ilin ilk aylarından müşahidə edilən müsbət dinamika da belə deməyə əsas verir. Millət vəkili Azər Badamov ölkəmizin beynəlxalq aləmdə və regionda əhəmiyyətli faktora çevrildiyini qeyd edərək bildirir ki, Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib və bu, hər il daha da artmaqdadır.

Bakıda DGK əməkdaşları üçün təlim keçirilir

15 May 2018 14:31

Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Bitki sağlamlığı, fitosanitar nəzarət və idxal ilə əlaqədar məsələlərin beynəlxalq aspektləri" adlı təlim işinə başlayıb.