“İbrahimbəyov soyadını dəyişməlidir”
“Rüstəm İbrahimbəyov milli satqınlarımızdandır. Bu, onun alnına vurulmuş möhürdür. Filmdə azərbaycanlıları vəhşi, qorxaq, qaragüruh kimi göstərən adam başqa nə ola bilər?”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
30 May 2018 11:46 Siyasət"Rüstəm İbrahimbəyov milli satqınlarımızdandır. Bu, onun alnına vurulmuş möhürdür. Filmdə azərbaycanlıları vəhşi, qorxaq, qaragüruh kimi göstərən adam başqa nə ola bilər?".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
O, qeyd edib ki, R. İbrahimbəyov bizim dinc erməni ziyalısını linç edən bir xalq olduğumuzu deməyə çalışır: "Sanki ermənilər bizim deyil, biz ermənilərin soyunu qırıb tükətməyə çalışmışıq. Axı bütün dünya qəbul edir ki, bizim torpaqlarımızı işğal edən, Xocalı kimi faciəni bizim xalqa yaşadan məhz ermənilərdir. Satılmış İbrahimbəyov isə bunun əksini yazır, çəkir və dünyaya göstərir. Bunun adı nədir? Yaramazlıq! Bu gün Ermənistanda bir nəfər azərbaycanlı yaşamır və buna ermənilər imkan da verməz. Ancaq Azərbaycanda rəsmi olaraq 30 000 erməni yaşayır. Kimdir vəhşi xalq?"
N. Orduxanlı onu da bildirib ki, bütün bunlardan sonra İbrahimbəyov soyadını dəyişməlidir: "Bu adam Rusiyanın layihəsində əsas rol almışdı və radikal müxalifətin bütün təmsilçilərini oyuna cəlb etmişdi. Bu gün də o, Milli Şuranın fəxri sədridir. Bütün cəmiyyət onun bu filminə kəskin etiraz edir, partiya yetkililəri, QHT sədrləri, tanınmış jurnalistlər, fəallar, yüz minlərlə facebook istifadəçiləri, ancaq hələ də Cəmil Həsənli, Əli Kərimlinin səsi çıxmır. Görünür onlar da Rüstəm İbrahimbəyovun fikirləri ilə razıdırlar. Artıq bizim xalqda bir fikir qətiləşib ki, erməni porno ulduzu Kardaşyanla İbrahimbəyov eyni adamlara - erməni xalqına xidmət edirlər! Bu adamlar arasında heç bir fərq yoxdur".
Azdainform