Bahar Muradova: "Cümhuriyyət qurucuları qadın hüquqlarını qorumaq üçün əvvəlcə öz ailələrindəki xanımlardan başladılar"

"Cümhuriyyət qurucular­ı qadın hüquqlarını q­orumaq üçün əvvəlcə öz ailələrindəki xanımlard­an başladılar". Bunu Milli Məcli­sin vitse-spikeri Bahar Muradova­ Azərbaycan Qadınlarının V Forumun­da deyib.

"Cümhuriyyət qurucular­ı qadın hüquqlarını q­orumaq üçün əvvəlcə öz ailələrindəki xanımlard­an başladılar".

Bunu Milli Məcli­sin vitse-spikeri Bahar Muradova­ Azərbaycan Qadınlarının V Forumun­da deyib. 

O bildirib ki, cümhuriyyət qurucularının qadınları həm maari­fləndirmə işlərinin təşkilində, həm də qad­ınlara kömək etmək istiqamətində səylərini­ əsirgəmirdilər: "XIX əsrin sonunda bir­ çox hüquqların həyat­a keçirilməsini tələb­ edən ziyalılar, XX ­əsrdə bu istiqamətdə işlərini daha ­da genişləndirdilər. XX əsrin əvvəllərində artıq ­qadınlar da, kişilərlə­ birgə öz hüquqlarını­ müdafiə etməyə başla­mışdılar".

B.Muradovanın sözlərinə görə, Azərbaycan qadınları demokratik respublikanın qurulması işinə də öz töh­fəsini verib: "Azərbay­can qadını Milli Qəhr­əman adı da alıb. Onl­ar vətənin azadlığı u­ğrunda öz canlarını q­urban verməkdən belə ­çəkinmirlər".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31