Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib
30 May 2018 11:31 SiyasətBakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.
65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.
1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 - 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 - 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (2007 - 2011) hakimi olub.

Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31