Siyasət
BMT-dən Azərbaycana qarşı gözlənilməz QARABAĞ TƏXRİBATI - FOTOFAKT
Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycana qarşı Qarabağ təxribatı törədilib. BMT-nin rəsmi saytında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan qondarma rejimin “xarici işlər nazirliyinin” memorandumu dərc olunub.
Finlandiya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:
ABŞ-ın Kaliforniya ştatında 28 may “ADR-in 100 illiyi Günü”
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edib. Bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.
Türkiyədə Cümhuriyyətin 100 illiyi üçün poçt markası BURAXILIB
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə poçt markası buraxılıb. Markanın eskizini Azərbaycanın Türkiyədəki səfirliyi “Twitter” səhifəsində paylaşıb.
ABŞ Konqresində Azərbaycana növbəti bəyanat
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) 24 may 2018-ci il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə öz təbliklərini çatdırmışdır.
Klivlend şəhərində Azərbaycan Günü
Ohayo ştatının Klivlend şəhərinin meri Frenk G. Cekson Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar olaraq rəsmi bəyannamə vermişdir. Olaylar.az bildirir ki, F. Cekson Klivlend şəhərinin vətəndaşları adından Klivlend şəhərində 2018-ci ilin 28 may tarixini Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyini elan etməkdən qürur duyduğunu bildirir. Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.
Qoyas Ştatının Qubernatoru Azərbaycan xalqını təbrik etdi
Braziliya Federativ Respublikasının Qoyas Ştatının Qubernatoru Joze Eliton de Figuerede junior, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə əlaqədar təbrik məktubu ünvanlayıb.
ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək
Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir. Bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.
Əli Həsənov: "Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması xalqların yaxınlaşmasına müsbət təsir edəcək"
Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması Qazaxıstan və Azərbaycan xalqlarının yaxınlaşmasına və elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcək.
Dövlət Statistika Komitəsində yeni təyinatlar
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.
Azərbaycanda yeni xidmət yaradıldı - FƏRMAN
Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Xalqına nifrət edən o xalqın fəxri adını daşıya bilməz
Mirhəsən Seyidov: “İbrahimbəyov bizim xalqın nümayəndəsi ola bilməz"
Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.













.jpg)
