Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa Parlamentinin üzvləri ilə görüş keçirilib

Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər.

Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər.

"OLAYLAR" Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmıətinə istinadən xəbər verir ki, bu barədə AAK prezidenti Sahil Qasimov  məlumat verib.

İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Kuçuklə keçirilib. O bildirib ki, Parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə six əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli,haqsız qərarlara görə hesabattələb etməlidirlər. İ.Kuçuk  Azərbaycanın Brüseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.

Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla  əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda Parlament üzvlərinəingilis dilinə tərcümə olunmuş  "Əli və Nino"kitabı hədiyyə edilib.

AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsqəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti iləəlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31