Milli Şuranın baş katibi Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova Rusiya Federasiyasının Altay regionun Belokurixa şəhərində keçirilən "Həyat və inkişaf naminə könüllü təşəbbüsləri" mövzusunda II Beynəlxalq Konfransda ekspert qismində iştirak edib.

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova Rusiya Federasiyasının Altay regionun Belokurixa şəhərində keçirilən "Həyat və inkişaf naminə könüllü təşəbbüsləri" mövzusunda II Beynəlxalq Konfransda ekspert qismində iştirak edib.

Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, 100-dən çox gəncin iştirakı ilə konfrans "X Beynəlxalq Gənclərin İdarəçilik Forumu" çərçivəsində baş tutub. Konfrans BMT Könüllüləri və BMT İnkişad Proqramı, Rusiya Federasiyası Milli Kadr Hazırlığı Fondu və Rusiya Federasiyası Könüllü Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin əsas məqsədi gənclərin könüllüllük bacarıqlarının inkişafı, beynəlxalq könüllülük təcrübələrin mübadiləsidir. Tədbirdə ilk dəfə MDB ərazisində könüllülük sahəsində əməkdaşlıq mexanizmi açıqlanıb.

Tədbirin 1-ci hissəsi panel müzakirələri ilə keçirilib. Konfrans çərçivəsində MDB ölkələrində könüllülük sahəsində əməkdaşlıq üçün yeni mexanizmlər müzakirə olunub və yeni ideyalar təklif olunub. Forumun 2-ci hissəsi MDB ölkələrində könüllülərin inkişaf strategiyası mövzusunda qruplarda iş aparılib. Qrup işinin sonunda 10 layihə ideyasıı təqdim olunub və onların həyata keçirilməsi barədə perspektivlərinin müzakirəsi baş tutub.Qeyd edək ki, Məryəm Məcidova ekspert qismində Azərbaycan gənclər siyasəti haqqında təqdimat edib. Təqdimatda Azərbaycanda formalaşdırılmış könüllülük hərəkatı və könüllülük hərəkatına dövlət dəstəyi haqqında danışılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31