Politoloq: "Rəsmi Bakı hələlik Paşinyana şans verir"

“Paşinyan ermənidir. Erməni cəmiyyəti hər zaman faşist, ideoloji baxımdan qonşuların nəinki torpağına, hətta musiqisinə, mədəniyyətinə, mətbəxinə göz tikən xalq olublar. Bu cəmiyyət xəstə cəmiyyətdir. Rəsmi Bakı hələlik Paşinyana şans verir. Bu şansın limiti avqust ayında bitəcək. Yeri gəlmişkən iqtisadi və sosial tərəqqi şüarları ilə hakimiyyətə gələn çantalı kişi bugün parlamentdə hökumətin proqramını təqdim edib. Proqramda romantizmdən başqa heçnə yox idi. İslahatlarla və gələcək siyasi, sosial, iqtisadi kursla bağlı konkret heçnə. Özləri bilər. Bizi maraqlandıran Qarabağdır”. Bunu politoloq Zaur Məmmədov deyib.

"Paşinyan ermənidir. Erməni cəmiyyəti hər zaman faşist, ideoloji baxımdan qonşuların nəinki torpağına, hətta musiqisinə, mədəniyyətinə, mətbəxinə göz tikən xalq olublar. Bu cəmiyyət xəstə cəmiyyətdir. Rəsmi Bakı hələlik Paşinyana şans verir. Bu şansın limiti avqust ayında bitəcək. Yeri gəlmişkən iqtisadi və sosial tərəqqi şüarları ilə hakimiyyətə gələn çantalı kişi bugün parlamentdə hökumətin proqramını təqdim edib. Proqramda romantizmdən başqa heçnə yox idi. İslahatlarla və gələcək siyasi, sosial, iqtisadi kursla bağlı konkret heçnə. Özləri bilər. Bizi maraqlandıran Qarabağdır".

Bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Paşinyan parlamentdə çıxışı zamanı - danışıqlar masasında Qarabağ ermənilərin iştirakının vacibliyini qeyd edib: "Paşinyanın fikrincə əgər Qarabağ erməniləri Ermənistandakı hakimiyyətin formalaşmasında iştirak etmirlərsə İrəvanda oturanların onların adından danışmağa haqqı yoxdur. O zaman sual olunur, bəs Ermənistan gəncləri niyə Qarabağda qulluq edirlər, bəs Ermənistan ordusu niyə işğal olunmuş ərazilərdən çıxmır?

Ermənilərin bəhanə etdiyi millətlərin öz müqqədaratını təyinetmə prinsipi haqda qısa fikir bildirmək istəyirəm. Münaqişənin tərəfi kimi üçüncü tərəf yoxdur, Dağlıq Qarabağ xalqı kimi anlayış yoxdur və ermənilərin hər yerdə dedikləri xalqların öz müqqədaratı prinsipi artıq ermənilər tərəfindən Ermənistan dövləti çərçivəsində həllini tapıb. BMT-nin prinsiplərindən olan bu formulanın ermənilər və ya dövlətçiliyi olan heç bir xalq ilə əlaqəsi yoxdur. İkinci dünya müharibəsindən sonra bu prinsipin beynəlxalq hüquqa daxil olmasının səbəbi o zamankı dövr, konfiqurasiya ilə bağlı idi".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31