Qabil Hüseynli: “Paşinyan Qarabağ klanına sarsıdıcı zərbə vurmağa çalışacaq”
"Şübhəsiz ki, qondarma Dağlıq Qarabağ rejimində iğtişaşlar və kütləvi etiraz aksiyalarının başlanılması Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı bir addımdır”. Bunu politoloq Qabil Hüseynli deyib.
8 İyun 2018 12:21 Siyasət"Şübhəsiz ki, qondarma Dağlıq Qarabağ rejimində iğtişaşlar və kütləvi etiraz aksiyalarının başlanılması Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı bir addımdır".
Bunu politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bundan əvvəl başlanılan hərəkatı keçmiş sabiq prezident Ter-Petrosyan dayandırdı, Paşinyana və S.Sarkisyana müraciət edərək, burada İrəvandakı hadisələrə bənzər hadisələrin təkrarlanmasının faciəvi olacağını söylədi" "Faciəvi deyəndə, o Azərbaycan Ordusunun hücum edə biləcəyini nəzərdə tutmuşdu. Nəticədə, gözlənilən qarşıdurma dayandırıldı. Amma bu dəfə, düşünürəm ki, insanlar B.Saakyanın qurduğu rejimdən cana doyublar. İrəvanın hərbi kontingenti ordadır və hər şeyə nəzarət edir. Qondarma Saakyanın hərbi xuntası dövründə insanların maddi durumu çox pisləşib və əhali dilənçi vəziyyətində yaşayır. Bu baxımdan, insanlar ayağa qalxır. Bir sözlə, son nəticədə, mütləq Xankəndidə hakimiyyət dəyişikliyi baş verəcək və Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Qarabağ klanına sarsıdıcı zərbə vurmağa çalışacaq".
SİA