Rusiya səfiri bu gün Bakıya gəlir
8 İyun 2018 11:49 SiyasətRusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir.
Bu barədə Report diplomatik mənbələrə istinadən xəbər verir.
M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.
Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31