Siyasət

XİN Avstriyaya başsağlığı verdi

3 Noyabr 2020 11:44

“Vyanadakı dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik”.“Olaylar” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter səhifəsində qeyd olunub. “Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorizmin bütün formalarını və təzahürlərini pisləyir”, - vurğulanıb.

"Azərbaycan beynəlxalq media qurumlarını erməni vəhşiliklərini görmək üçün bölgəyə dəvət edir" - Cəsarət Hüseynzadə

3 Noyabr 2020 11:36

"Azərbaycan öz haqq işi ilə bağlı dünya ictimaiyyətinə ardıcıl və faktlara əsaslanan məlumatlar çatdırır. Ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqe ortalığa qoyulur. Ermənistan tərəfi isə bu şəraitdə döyüş bölgəsindən kənarda yerləşən ərazilərə və xüsusən mülki şəxslərə qarşı qadağan olunmuş silhalar ilə zərbələr endirir."

Ermənistanı bütün cəbhələrdə yalnız məğlubiyyət gözləyir

3 Noyabr 2020 11:34

“Son 27 ildə atəşkəs rejimi dövründə dəfələrlə hərbi təxribatlarla, Azərbaycanı müharibə ilə təhdid etməklə danışıqlar prosesini pozmağa çalışan Ermənistan hər dəfə layiqli cavabını almışdır.

Ombudsman hesabat hazırlayıb

3 Noyabr 2020 11:08

Gəncədə ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq

ABŞ-ın nüfuzlu telekanallarına Ermənistanın təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının həlak olduğu və yaralandığı diqqətə çatdıld

3 Noyabr 2020 11:01

ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisinin təşkilatçılığı ilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında nümayiş keçirilib. Olaylar.az bildirir ki, öncədən erməni lobbisi nümayişə on minlərlə insanın qatılacağını bəyan etsə də, Los Anceles Polis İdarəsinin rəsmi açıqlamasına əsasən nümayişə yalnız 400-500 nəfər qatılıb.

İtaliyanın nüfuzlu la Repubblica qəzeti - Azərbaycanın hərbi uğurları hamının gözü önündədir

3 Noyabr 2020 10:25

İtaliyanın nüfuzlu “la Repubblica” qəzetində həmin qəzetin Azərbaycana ezam olunmuş xüsusi müxbiri Peitro Del Re-in müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik”” başlıqlı məqaləsi dərc olunub. Olaylar.az bildirir ki, məqalədə müəllif düşmən artilleriyasından yalnız 10 km məsafədə yerləşən kənd təsərrüfatı ərazisi olan Tərtər şəhərinə səfər etdiyini və bu şəhərin sentyabr ayından bəri raket yağışına tutulduğunu və bombardman edildiyini, mülki əhalinin qorxu içində yaşadığını bildirir. Müəllif qadağan edilmiş kasetli bombaların ermənilər tərəfindən Azərbaycana qarşı istifadəsinin Amnesty International tərəfindən qınanıldığını, Bərdə şəhərinin mərkəzi meydanda müharibə başlayandan bəri mülki vətəndaşlara qarşı ən ağır hücum nəticəsində 20 nəfərdən çox insanın ölümünə səbəb olan Rusiya istehsalı olan 300 mm kalibr güclü raketlərin qalıqlarını gördüyünü vurğulayır.

Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır

3 Noyabr 2020 10:21

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

Düşmən yenə yalan məlumat yayır

3 Noyabr 2020 10:16

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bakının səbri tükəndi və... - Hulusi Akar

3 Noyabr 2020 10:09

Tarixi torpaqlarının erməni işğalından azad edilməsi üçün mübarizəsini davam etdirən Azərbaycan Türkiyə üçün sadəcə dost deyil, qardaş bir ölkədir.