Siyasət

Diaspora təşkilatlarımız Azərbaycan dövlətinin yanındadır

22 Oktyabr 2020 16:41

Azərbaycan diasporası yarandığı qısa müddət ərzində misli görünməmiş uğurlara imza atıb. Əminliklə demək olar ki, diaspora təşkilatlarımız əsirlərlə tarixi olan diasporaların görə bilmədikləri fəaliyyəti həyata keçiriblər.

Azərbaycanın və Türkiyənin Braziliyadakı səfirləri jurnalistlərlə görüşdü

22 Oktyabr 2020 16:26

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi tərəfindən Braziliyanın bir sıra KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub. Tədbirdə ölkənin aparıcı “Brasiliainfoco” “O Globo”, “Folha de Sau Paulo”, “Crusoe – CNN, “TV Brasilia”, “Record TV” və “Poder 360” media resursların nümayəndələri ilə yanaşı, Türkiyənin Braziliyadakı səfiri Murad Atəş də iştirak edib.

Vüqar Rəhimzadə: Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir

22 Oktyabr 2020 16:19

“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. Ötən müddət ərzində nümayişkaranə sürətdə bu qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla BMT və beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilmədi. Bu günə qədər dünya birliyi təcavüzkarla təcavüzə məruz qalana eyni prinsiplər əsasında yanaşdığına, hətta əksər hallarda işğalçıya dəstək olduğuna görə Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu. Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşmışdı ki, “Qarabağ Ermənistandır” deyirdi, hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşırdı”.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarını qınayır

22 Oktyabr 2020 16:12

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarını qınayır

Hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır

22 Oktyabr 2020 16:09

İlham Əliyev: “Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz”

XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020 16:03

Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin Baş nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.

İƏTPİ-nin Baş katibi Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsini pisləyib

22 Oktyabr 2020 15:20

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

Cavanşir Feyziyev: “Ermənistan münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır”

22 Oktyabr 2020 15:02

Oktyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi  bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib. İclasda Milli Məclisin deputatları -  Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər.