“Onlar Ermənistanın başına bəla gətirdi” - Ter-Petrosyan Paşinyanı ittiham etdi

Hakim "Mənim addımım" blokunun parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hakimiyyət bütün erməni xalqına qarşı bağışlanmaz cinayətə gedərək Ermənistanın başına hansı bəla gətirdiyini hələ dərk etməyib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.

"Eyni zamanda, bəyanat hökumətin daxili siyasi böhranın aradan qaldırılması üçün Konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və faktiki olaraq, qarşıdurmanın kəskinləşməsi kursunu götürdüyünü göstərir. Bu, onların guya sadiq olduqları demokratiya və parlamentarizmin kobud ayaqlar altına düşməsindən başqa bir şey deyil", - bəyanatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31