Ermənidən çox erməni olmağa çalışan Fransanın erməni sevgisi haradan qaynaqlanır?

Məlum olduğu kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Fransa olub. Elə o vaxtdan iki ölkə arasında siyasi, iqtisadi, diplomatik və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığa start verilib.

Məlum olduğu kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Fransa olub. Elə o vaxtdan iki ölkə arasında siyasi, iqtisadi, diplomatik və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığa start verilib. Lakin əməkdaşlığın ən yüksək səviyyəyə yüksəlməsinə baxmayaraq Fransa Azərbaycana qarşı qərəzli münasibətini ortaya qoyub. Xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həllində birtərəfli mövqe nümayiş etdirib. Qeyd edək ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlət kimi problemin çözülməısində vasitəçi missiyasının yerinə yetirir. Lakin heç bir halda demək olmaz ki, Fransa vasitəçi dövlət olaraq Azərbaycanın haqlı mövqeyinin müdafiə edib, yaxud hansısı məsələnin həllində neytrallığını qoruyub saxlayıb. Sirr deyil ki, Fransa xristian təəssübkeşliyi baxımından Ermənistanla bütün sahələrdə əməkdaşlıq edir, bu dövlətə sevgisini açıq şəkildə bəyan edir. Demək olar ki, siyasi, iqtisadi, hərbi və humanitar baxımdan Fransa Rusiyadan sonra Ermənistanın ikinci, özü də ən etibarlı müttəfiqidir. O da bəllidir ki, illər boyu Fransa Ermənistana hərbi-diplomatik yardım göstərib və hazırda bu dəstək davam etməkdədir. Belə ki, bu iki dövlət arasında istənilən hava şəraitində döyüş tapşırığını yerinə yetirməyə qadir "Miraj" qırıcı-bombardmançı təyyarəsi var. Əməkdaşlıq tellərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk günlərdən Fransadan humanitar yardım adı altında Ermənistana silah, çoxsaylı hərbi sursat, həmçinin Azərbaycana qarşı döyüşmək məqsədilə muzdurların gətirilməsini əlavə etsək hər şey aydın olar. Hətta Birinci Qarabağ müharibəsində Fransada təlim keçmiş erməni qadınlarından ibarət snayperçilərin  iştirak etməsi faktı var. Sadalanan faktlar Azərbaycanın ərazilərinin işğal olunmasında Fransanın da dolayısı ilə rolunun olduğunu üzə çıxmış olur.  Amma görünən ondan ibarətdir ki, Fransa bununla kifayətlənməyərək ermənidən daha çox erməni olmaq niyyətindədir.

Qeyd edək ki,  sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi təxribatına qarşı əks hücuma başlayan Azərbaycanın rəşadətli Ordusunun tarixi qələbəsi bir çox ölkələrin "kürkünə birə salıb". Azərbaycanın qələbəsini həzm etməyən dövlətlər "gah nala, gah da mıxa vuraraq" ziddiyyətlə bəyənatlar verməyə başlayıblar. Düzdür, dünyanın əksər aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünün bərpasını alıqşladılar. Ancaq Dağlıq Qarabağ münaqişəsində dövlət maraqları olan ölkələr hələ də "bəlkə də qaytardılar" arzusu ilə yaşayırlar.  Belə dövlətlər sırasında Fransanın bəyənatı xüsusilə diqqəti cəlb edir.  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözcüsünün bəyanatında qeyd olunur ki, "Fransa Ermənistanla və Azərbaycan arasındakı humanitar atəşkəsin elan olunmasını alqışlayır. Indi iki ölkə arasında hərbi əməliyyatların daimi dayandırılması üçün şərait yaradılması məqsədilə atəşkəs tətbiq edilməli və qəti şəkildə riyayyət olunmalıdır.Tərəflərin Minsk qrupu həmsədrlərin rəhbərliyi altında razılaşdığı substantiv danışıqlar ilkin şərtlər olmadan yenidən davam etdirilməlidir. Fransa bu çərçivədə töhfə vermək üçün səfərbər olaraq qalır". Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər nazirinin bəyanatına dair açıqlama yayıb. Açıqlamada deyilir ki, Fransanın Avropa və Xarici İşlər üzrə naziri J. İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır: "Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa Xarici İşlər nazirinin digər həmsədr ölkələri adından çıxış etmək səlahiyyəti yoxdur. Fransa Xarici İşlər nazirinin ölkəsinin həmsədr kimi mandatına uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində 1993-cü ildə lehinə səs verdiyi BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsi bəyanatları ilə çıxış etdiyini təəssüf ki, bu illər ərzində müşahidə etməmişik. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğuna dərhal son verilməsi və bu ərazilərdən zorla qovulmuş insanların öz evlərinə geri dönməsi tələbinin Fransanın xarici siyasətə məsul qurumu tərəfindən nə zaman səsləndirildiyini xatırlamırıq. Yoxsa münaqişə nəticəsində yüz minlərlə azərbaycanlının fundamental insan hüquqlarının kobud şəkildə pozulması Fransanı maraqlandırmır?! Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir".

Maraqlıdır, Fransa hələ də qəbul etmək istəmir ki, artıq Dağlıq Qarabağ problem həll olunub, özü də birdəfəlik. Belə halda, hansı Minsk qrupundan, hansı vasitəçidən danışmaq olar? Adama deyərlər 1994-cü ildən bu yana Fransa dövləti niyə səfərbər olub problemin həllində cəsarətli və qətiyyətli addım atmırdı. Belə məlum olur ki, Fransa indiyə qədər  regionda öz təsir riçağını saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb. Bu halda hansı üzlə substantiv danışıqlardan, ilkin şərtlərdən danımaq olar? Artıq heç bir substantiv danışıqlar, ilkin şərtlər yoxdur, şərtləri döyüş meydanında sözünü demiş qalib Azərbaycan dövləti diktə edir. Xatırladaq ki, Fransa dəfələrlə Azərbaycanın dövlət maraqlarına zidd bəyənatlarla çıxış edib. Xüsusən bu ölkənin prezidenti Makron sözügedən fəaliyyətdə fəallıq nümayiş etdirib.  Makronun rrməni diasporası qarşısında götürdüyü öhdəliyinin icrası, eləcə də gələcək fəaliyyətində diasporun dəstəyini qazanmaq niyyəti Fransanın dövlət maraqlarını üstələyib. Sözügedən bəyənat isə özünü demokratik döblət adlandıran Fransanın təcavüzkarı açıq şəkidə dəstəkləməsi və Cənubi Qafqazda münaqişə ocağının yenidən alovlanmasına təkan verməsi anlamına gəlir. Sözssüz ki, ölkəmizə qarşı belə bir münasibət hər hansı bir zaman kəsiyində iki dövlət arasında mövcud əməkdaşlığa yenidən baxılması zərurəti yarada bilər. Onsuz da İkinci Qarabağ savaşı Azərbaycanın xürici siyasətində korrektə edilməsi, xüsusən dost və düşmən dövlətlərin müəyyənlşdirilməsi məsələsini yenidən nəzərdən keçirmək zərurəti yaradıb.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31