Siyasət
SON DƏQİQƏ: Prezident İlham Əliyev BMT-də çıxış edəcək
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Sərkisyan: Azərbaycan Ordusu Şuşaya çatıb, siz isə...
Los Ancelesdəki baş konsul və icma üzvləri türk restoranına qarşı törədilmiş zorakılığı pislədilər
Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Olaylar.az bildirir ki, Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.
Səfir Landtaqının prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Brandenburq federal torpağının Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüş keçirib.
İran Ermənistanla sərhədləri bağlamalıdır
“Son vaxtlar rəsmi olaraq İran İslam Respublikasının Azərbaycanın əzəli torpağı olan Qarabağda apardığı antiterror və yaxud da ermənilərin işğalına cavab olaraq əks-hücum əməliyyatına İranın həm rəhbərlik, rəsmi şəxslər səviyyəsində, həm də İranın ali dini lideri ayətulla Əli Xamneyi səviyyəsində münasibət bildirilərkən açıq və birmənalı şəkildə ifadə olunmuşdu ki, Qarabağ Ermənistan tərəfindən işğal olunub və Azərbaycanın ərazisidir. Həmçinin onların bəyanatında bildirilib ki, BMT tərəfindən, eləcə də beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və işğalçı Ermənistan ordusu Azərbaycan ərazisini tərk etməlidir. Bu addımın özü çox müsbət haldır”.












.jpg)
