44 günlük müharibə
10 Dekabr 2020 22:08 SosialMEHRİBAN SADIQOVA
Vətən adlı böyük məmləkətin sızlamış yaralarının məlhəm tapması
Bəlkə də şüurumuzun alt qatında bizə xülya kimi gələcək ən böyük arzumuzun gerçəkləşməsi.
Bu əzəmətin duyumu və yaşamı üçün deyiləcək və yazıla biləcək hər söz acizdir.
Vətən müharibəmiz başlandığı ilk gündən xalqımız bir nəfərə kimi Ali Baş Komandanın ətrafında cəmləşdi və məmləkətimizin o başından bu başına qədər uşağından böyüyünə kimi hamı yalnız Vətən dedi.
Və bu 44 gün böyük və qürurlu bir Xalq olduğumuzu bütün dünyaya bəyan etdi. Nəbzimiz Ordumuzla bir vurdu, ürəyimiz əsgərlərimizlə bir döyündü.
Ön və arxa cəbhə vəhdəti bir nəfəs alma qədər yaxın oldu. Onlar orda oyaqdırlar deyə burda biz də yatmayıb , gecələri səhərə dualarımızla açdıq. Gözümüz yollara , qulağımız eşidiləcək xəbərlərə kökləndi. Çox şükür ki, həsrətində olduğumuz müqəddəs torpaqlarımızı azad etdik.
Bizim dirimiz Əsgər, ölümüz bayraq yerə düşməsin deyə bu cənnət Yurdun torpağına düşən Şəhid oldu.
Qanları ilə qəhrəmanlıq tarixi yazan igidlər "dəmir yumruq" olub, Vətən səlnaməçisinə çevrildi. Hər biri bir Vətən daşına çevrilən igidlərimiz Zəfər yazdı.
Bu gün tarix yazmış o qəhrəmanlardan biri haqqında danışmaq istəyirəm. Şəhid gizir Kənan Məmmədov haqqında.
Dünyaya gələcək körpəsinə Şəhid olmuş bibisi oğlu Rüstəmin adını vermək arzusunda olan, lakin övladı dünyaya gəlməmişdən özü də bu müqəddəs məqama yüksələn bir igid haqqında ...
Şəhid gizir Məmmədov Kənan Hüseyn oğlu 17.07.1993 ildə Ağdaş rayonu Kotavan kəndində doğulub və orta təhsilini də elə Kotavan kəndindəki Valeh Cəfərov adına məktəbdə almışdı. K. Məmmədov Hərbi xidmətini Naxcivan MR- də keçib. O, xidmətdən sonra könüllü olaraq hərbidə qalaraq, Vətənə kicik çavuş kimi xidmət göstərmisdir. 2014- cü ilin may ayından isə gizir kimi hərbi xidmətini davam etdirmişdir. 2015 -ci ilin avqust ayından K. Məmmədov Beyləqan rayonunda tank komandiri olaraq xidmətinə davam etmisdir.
İgid gizir 2016 - ci ilin aprel döyüşslərində də şücaətlə istirak etmişdir.
Kənan Azərbaycan Ordusunun 100 illik medalı ilə təltif olunmuşdur.
Şəhid gizir Məmmədov Kənan 28.09.2020 - ci il Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuş, doğulduğu Ağdaş rayonu Kotavan kəndində dəfn olunmuşdur.
Kənan evli idi.
2017 -ci il noyabrında Zəhra Məmmədova ilə ailə həyatı qurub. 2018- ci ildə qızı İnci doğulub. Kənan ikinci övladının dünyaya gəlişini çox böyük səbirsizliklə gözləyirdi. Doğulacaq körpəsinin cinsiyyətinin oğlan olduğunu bildikdə isə Aprel döyüşlərində şəhid olmuş bibisi oğlu Rüstəmin adını balacaya verməklə onu yaşadacağına çox sevinmişdi.
Amma ....

Kənan özü Şəhadəti ilə yenidən doğularaq Vətən oğluna çevrildi. Əzəmət və qürur mücəssiməsi oldu.
Kənanı şəxsən tanımırdım Bir neçə gün öncə Şəhid Rüstəm Əhmədovun anası Mingəçevirdən zəng edərək, sevincək - balaca Rüstəmimiz doğulacaq- dedi və Şəhid gizirimizin doğulacaq övladına Rüstəmin adını vermə arzusundan danışdı.
Anaya heç nə deyə bilmədim, amma ürəyimdə düşündüm ki, axı Kənan özü də Şəhid olub, bəlkə doğulacaq körpəsinə onun adını qoyacaqlar. Ana bu fikrimi hiss edirmiş kimi ..
"Gəlin həyat yoldaşının arzusunu yerinə yetirmək istəyir" - dedi.
Belə xanımlarımız olduğuna qürur duydum. Və Zəhra xanımla övladı - balaca Rüstəm dünyaya gəldikdə qiyabi tanış olduq.
Telefonla zəng edib balaca igidimizin doğuluşunu təbrik etdim. Zeynəb xanımın səsindəki mərdlik məni cəsarətləndirdi və Kənanın arzusu haqqında soruşdum.

Kənanın həyat yoldaşı
Zəhra xanım yoldaşı haqqında indi yanındaymış kimi çox qürurla danışırdı :
"Həyat yoldaşım çox qayğıkeş ,mehriban ailə başçısıdır.Bir qızımız var idi. Övladına və mənə qarşı çox diqqətcil bir insandı. İndi isə oğlumuz dünyaya gəlib. Zeynəb xanım udqunaraq sözünə davam etdi : "Kənanın sanki Şəhid olacağı ürəyinə danmışdı. Oğlumuzun adının Rüstəm olmasını istəyirdi. Rüstəm Aprel döyüşlərində Şəhid olmuş bibisi oğlunun adı idi . Belə etməklə bibisinin yarali urəyinə azacıq da olsa su səpmək istəyirdi"
"Vətən sağ olsun, Allah bütün Şəhidlərimizə rəhmət elesin" - deyən Zəhra xanım sözünə davam etdi :
" Yoldaşimdan geriyə iki gözəl əmanət övladlarımız qaldı. Çalişacağam ki , onları da atasi kimi Vətənə layiq övlad böyüdüm."
İnşallah, Zəhra xanım, inşallah
İnanırıq ki, balaca Rüstəm atasının layiqli davamçısı olacaq.
Doğuluşun mübarək, balaca igid
Qədəmlərin uğurlu olsun.


