Siyasət

Azərbaycanın ilk gündən koronavirus pandemiyasına qarşı həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi

3 Dekabr 2020 12:38

«Hazırda dünya COVID-19-un ikinci dalğasını daha ağır şəkildə yaşayır. Virusa yoluxma və ölüm hallarının statistikası həyəcan təbili çalır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyev dünyaya bu mesajı ünvanladı ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Təcrübə mübadiləsi, səylərin birləşdirilməsi nəticəsində bu virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə, ən əsası ölüm hallarının qarşısının alınmasına nail olmaq mümkündür. Təbii ki, əsas olan başlanğıc mərhələnin düzgün seçilməsi, özünütəcridi özünəqapanma ilə eyniləşdirməyərək birgə müzakirələr əsasında çıxış yollarını axtarmaq idi. Azərbaycanın ilk gündən koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi. Bu proqnoz səsləndirildi ki, Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxan ölkələr sırasında olacaq. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi, bir-birinə əks qütbləri pandemiyaya qarşı mübarizə əsasında bir araya gətirməsi, 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi və sair kimi addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və roluna yeni dividendlər qazandırdı.»

"Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq layihəsinə start verildi

3 Dekabr 2020 12:06

“Tək Millət, Tək Ürək” beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib. Olaylar.az bildirir ki, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsindən sonra qazilərə və şəhid ailələrinə dəstək məqsədilə “Tək Millət, Tək Ürək” beynəlxalq humanitar layihəsinə başanılıb.

"Tarixi ədalət bərpa olundu"

3 Dekabr 2020 12:00

Ərdoğan Qələbə paradında iştirak edəcək

3 Dekabr 2020 10:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.

Onlar tarix yazdılar...

3 Dekabr 2020 10:35

Olaylar.az Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız təqdim edir... Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən Şəhid Ülvi Hüseynovun hekayəsi... Ülvi çox cəsur və igid bir zabit olub. 1988-ci ildə, Ordubad rayonunun Sabir kəndində anadan olub. 8 - ci sinifdən əvvəl Naxçıvandakı hərbi məktəbə, oradan isə Ali Hərbi Məktəbdə təhsilini davam etdirməkçün Bakıya gəlib. Ali Hərbi Məktəbi bitirdikdən sonra da zabit kimi ordu sıralarında xidmətə davam edib. Ülvinin döyüşlərdə göstərdiyi şücaəti və qəhramanlığı inşallah yaxın vaxtlarda, hər şey açıqlananda bütün xalq tərəfindən bilinəcək və ən yüksək səviyyədə qiymətləndiriləcək.