"Əminəm ki, ölkələrmiz arasında əməkdaşlıq daha da genişlənəcək" - Britaniyalı nazir

Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Nazir bildirib: "İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31