Krımdan Ermənistana təyyarə reysi açıldı

Fuad Muradov: “Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir”

"Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Fuad Muradov səsləndirib. Bildirib ki, Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir: "Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyalarının Ermənistana da tətbiq olunmasını zəruri edir".

Qeyd edək ki, Ukrayannın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna 2014-cü ilin mart ayından "Simferopol" hava limanının bağlandığını rəsmən bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00