Orxan Əli işdən çıxmasının səbəbini açıqladı
23 Oktyabr 2014 16:40 Siyasət"Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı xəbərdə bir sıra yanlışlıqlar var". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Orxan Əli öz facebook statusunda yazıb. Bildirib ki, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb" adlı xəbərdə deyildiyi kimi "kənarlaşdırılma" deyil, öz ərizəmlə işdən azad olunmuşam: "Dövlət Komitəsində mətbuat katibi üçün ştat olmadığından mən rəsmi olaraq Şimal bölgəsi üzrə aparıcı məsləhətçi olmuşam və mətbuat katibi vəzifəsini icra etmişəm. Bir neçə gün öncə komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum".