Elmar Məmmədyarov fəaliyyəti başa çatan Qətər səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Al Tanini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00