Millət vəkili sosial şəbəkədə kampaniyaya başlamağa çağırdı

"Bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə oktyabrın 27-də Parisdə Azərbyacan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Ermənilər öz dədə-baba torpaqlarına baş çəkməyə gedərkən girov götürdükləri iki azərbaycanlının məhkəməsini də məhz həmin günə salıb". Bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, o girovlardan biri-Şahbaz Quliyev onun Milli Məclisdə təmsil etdiyi Tərtər rayonunun Qapanlı kəndindəndir: "Normal məntiqə görə, rəsmi İrəvan aparılacaq danışıqlarda azacıq da olsa irəliləşyin olması üçün Prezident İlham Əliyevin tələbini yerinə yetirərək girov götürülən azərbaycanlıları buraxmalı idi. Bunun əvəzinə məhz görüşün keçirildiyi gün girovlar üzərində məhkəmə qurmaqla ermənilər göstərirlər ki, münaqişənin dinc yolla həllini istəmir, Azərbaycanın BMT sənədlərində təsdiqlənmiş sərhədlərini tanımırlar və işğal altındakı torpaqlarda indiyədək apardıqları etnik təmizləmə siyasətindən əl çəkmək niyyətləri yoxdur. Biz beynəlxalq normaların tapdandığı bu işğalçı, rasist və ksenofob siyasətə "yox" demək və girov götürülən soydaşlarımızın buraxılmalarını tezləşdirmək məqsədilə sosial şəbəbəkə üzərindən kampaniyaya başlamışıq. Sizin bu kampaniyaya qoşulmanız həm də Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasıyla barışmadığınız və barışmayacağınız deməkdir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00