“Erməni lobbisi Leyla Yunusun müdafiəsilə məşğul olub”
Elşən Musayev: “Bu gün o, ən yaxşı halda Əli Kərimli, “Azadlıq” qəzeti və Sərkisyan mükafatı ala bilər”
22 Oktyabr 2014 14:06 Siyasət"Leyla Yunus və Arif Yunus elə tiplərdir ki, Azərbaycanın milli maraqlarının əleyhinə olanlar bunlardan istifadə etməyə çalışırlar". Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Olaylar"-a açıqlamasında belə deyib. E.Musayev bildirib ki, bəzi beynəlxalq təşkilatlardakı nadürüstlər də L.Yunus və A.Yunusdan Azərbaycanın əleyhinə istifadə etmək səyində olublar. Partiya sədri onların hər ikisinin tarixdə qalacağını deyir: "Azərbaycanın milli maraqlarını satan şəxs kimi tarixdə qalacaqlar. Ölkədə çox nadir ermənipərstlər kimi qalacaqlar. Öz ölkəsinin şəhidlərinin qanını batıran, düşmən ölkənin agentləri kimi tarixdə qalacaqlar, təxminən Əkrəm Əylisli kimi. Artıq "Azadlıq" qəzetində də Leyla Yunusdan xəbər yoxdur. Onlar Leyla Yunusa "Saxarov" mükafatının verilməsini gözləyirdilər. Amma buna nail ola bilmədilər. Leyla Yunusun radikal müxalifət tərəfindən siyasi məhbus kimi təbliği ictimai qınaqdan qaçmaq üçün idi. Heç vaxt əli milyonlarla insanın qanına batmış düşmən ölkəyə agentlik edən şəxsin Azərbaycanda nüfuzu ola bilməz. Belə adamların nüfuzu sıfırın altında olmalıdır. Leyla Yunus da onların içindədir. Onu müdafiə edənlər azadlıq yox, birbaşa Ermənistan aşiqləridir. Leyla Yunusun müdafiəsi ilə təkcə radikal müxalifət yox, birbaşa erməni lobbisi məşğul olub. Bu gün Leyla Yunusun hansısa mükafatı almaması həm də erməni lobbisinin məğlubiyyətidir. Leyla Yunus mükafatı konqolu ginekoloqa uduzdu. Bunun simvolik mənası var. Bu şəxslərdən biri dünyaya yeni insanların gəlməsinə xidmət edir, digəri isə saxta qadın obrazının yetişdirilməsinə. Hətta orada bağban belə olsaydı, Leyla Yunus ona uduzacaqdı. Bu gün Leyla Yunus ən yaxşı halda Əli Kərimli, "Azadlıq" qəzeti və Sərkisyan mükafatı ala bilər. Bundan o tərəfə keçə bilməz". ("OLAYLAR" İA)