Malena Mard: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü əhəmiyyətli dərəcədə vacibdir
22 Oktyabr 2014 11:09 SiyasətAvropa İttifaqının Azərbaycandakı nümayəndəsi Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi planlaşdırılan görüşünün vacibliyini vurğulayıb.Trend xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard jurnalistlərə bildirib: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşü müsbət addımdır. Bu kimi yüksəksəviyyəli görüşlərin keçirilməsi əhəmiyyətli dərəcədə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00