Büyükfırat Azərbaycana attaşe təyin olundu
Yeni attaşe ötən gün vəzifəsinin icrasına başlayıb
22 Oktyabr 2014 11:03 SiyasətTürkiyə Azərbaycana yeni təhsil attaşesi təyin edib. ANS PRESS-in məlumatına görə, yeni attaşe Abdulqafar Büyükfıratdır. Büyükfıratın ötən gün vəzifəsinin icrasına başladığı bildirilib.Əslən Şanlıurfadan olan A. Büyükfırat 1953-cü ildə Adıyaman vilayətinin Samsat rayonunda anadan olub. Türkiyə Milli Təhsil Nazirliyinin təcrübəli kadrlarından olan Büyükfırat Adana, Adıyaman, Kırklareli vilayətlərində müxtəlif vəzifələrdə, o cümlədən İstanbul marif müdirinin müavini və Nevşehir marif müdirliyi vəzifələrində çalışıb.Bir çox uğurlu layihələrə imza atan Büyükfırat bu addımı ilə Türkiyə təhsilinə böyük dəstək verib və bu sahədə mükafatlar alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00