“Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin”

Sahib Alıyev: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin keçirilməsi planlaşdırılan günə salınması təxribatdır”

"Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin oktyabrın 27-nə, Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşlərinin keçirilməsi planlaşdırılan günə salınması təxribatdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Millət vəkilinin sözlərinə görə,  bunu ermənilər ya görüşün alınmaması üçün edirlər, ya da məqsədləri budur ki, Fransada da Sərkisyanın qarşısında soydaşlarımızın buraxılması tələbi qoyulduqda buna ancaq məhkəmədən sonra baxıla bilər desinlər: "Amma əgər beynəlxalq qurumlar və vasitəçi dövlətlər bircə dəfə prinsipallıq edib, ermənilərdən öz dədə-baba torpaqlarına baş çəkməyə gedənlərin hansı haqla tutulduqlarını soruşaraq onların buraxılmalarını tələb etsələr, onlar da bu oyunu oynamazlar. Havadarlarının nədən bunu etmədikləri aydındır, bəs görəsən bizdə insan haqları tapdalanır deyərək bar-bar bağıranlar niyə susurlar? Necə olur ki, onlar Leyla Yunus kimilərin buraxılmasını tələb edir və hətta bununla bağlı mitinq keçirdikləri halda öz dədə-baba yurdlarında girov götürülən soydaşlarımızın buraxılmasını bir dəfə olsun dillərinə gətirmirlər. Xaricdən bu haqda tapşırıq verilimir ona görəmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00