Leyla Yunus xəyanətin simvolu kimi tarixə düşəcək

Vətənə xəyanət onun xislətindən irəli gəlir

Qanunazidd hərəkətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilmiş "Sülh və Demokratiya İnstitutu" adlı təşkilatın təsisçisi və direktoru Leyla Yunus ətrafında gəzişmələr hələ də davam etməkdədir. Nə qədər qəribə olsa da "bulanıq suda balıq titmaq" sevdasına düşmüş bəzi beynəlxalq təşkilatlar bu məsələdə daha çox canfəşanlıq etməkdədir. Sanki Leyla Yunusun vəkili qismində çıxış edən həmin təşkilatlar bir az da irəli gedərək, səlahiyyət həddini aşmaqla ölkəmizin daxili işinə müdaxilə etməkdən belə çəkinmirlər. Çox təəssüflər ki, Vətənini, dövlətini, millətini cevən insanlar üçün Vətənə xəyanət rəmzi qazanmış Leyla Yunusun əməlləri nə qədər ağrıdıcıdırsa, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar üçün bir o qədər önəmlidir. Çünki ölkəmizdə daim xaos, qarşıdurma görmək istəyən həmin maraqlı dairələr mütəmadi olaraq ermənipərəst mövqeyi ilə fərqlənən Leyla Yunus faktorindan gen-boluna istifadə etməyi bacarıblar. Əslində bu qüvvələr üçün anti-Azərbaycan fəaliyyətində bulunan "hüquq müdafiəçisi"ni kəşf etmək elə də çətin məsələ deyil. Nəzərə almaq lazımdır ki, Leyla Yunus ömrü boyu ermənipərəst mövqeyi ilə seçilib, əməlləri ilə erməni maraqlarının təminatçısı kimi tanınıb. Azərbaycan dövləti və millətinə qənim kəsilmiş L.Yunus demək olar ki, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib. Bir çox hallarda ermənipərəst mövqeyini gizlətməyərək beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Heç kimə sirr deyil ki, onun Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması dəfələrlə ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən Leyla Yunusun mütəmadi tamaşaya çevirdiyi hay-küyünə tutarlı cavab verib və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi qınayıblar. Qınayıblar ona görə ki, necə insan, vətəndaş və ən nəhayət qadın olasan ki, yaşadığın, torpağı üzərində gəzdiyin, çörəyini yediyin ölkəni belə asanlıqla yada sata biləsən. Amma görünür, bu unsana Vətəni satmaq, Vətənə namərd gülləsi vurmaq elə də çətin məsələ deyil. Çünki belə bir yol tutmaq onun xislətindən irəli gəlir.

Heç şübhəsiz ki, L.Yunus və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu onların Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinin genişlənməsi üçün xüsusi əhəmiyyət kəsb edib. Məhz bu cür əlaqələrin olması onların erməni kəşfiyyat orqanlarına Azərbaycan barədə çoxsaylı faktların ötürmələrini istisna etmir. Təsadüfi deyil ki, erməni xüsusi xidmət orqanlarının sifarişi əsasında bu ölkənin mətbuatı daim L.Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır. Bununla erməni ideoloqları "satqın cütlükləri" tək qoymayacaqlarına mesaj vermiş olurlar. Elə L.Yunus və A, Yunusun hazırki fəaliyyətləri də buna rəvac vermiş olur. L.Yunusun A.Yunusa məktubları bir tərəfdən Azərbaycan ictimaiyyəti qarşısında öz fəaliyyətinə bəraət qazandırmaq, digər tərəfdən isə beynəlxalq ictimaiyyətdə özü haqqında "mübariz insan haqları müdafiəçisi" obrazı yaratmaq, erməni lobbisinin təsiri altında olan müəyyən xarici təşkilatların Azərbaycana qarşı kampaniyasına zəmin yaratmaqdır. Təsadüfi deyil ki, L.Yunus primitiv şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin dəst xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Lakin əlahəzrət fakt ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti Leyla və Arif yunusların əməlləri barədə kifayət qədər məlumatlıdır. Onların hansı mənbədən qıdalandıqları, hansı qüvvələrin təsiri altında olmaları heç kimə sirr deyil. Belə halda istənilən cəhd onların ermənipərəst fəaliyyətinə bəraət qazandıra bilməz. Məntiqi bir düşüncə tərzidir ki, Azərbaycan ictimaiyyəti Leyla və Arif yunusları şiddətlə qınayır və onların həbsini anti-milli və cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edir. "Bizim adımızı tarixdən silmək mümkün olmayacaq" deyən L.Yunus və onun əri A.Yunusun adları Azərbaycan tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Bir daha xatırladaq ki, Leyla Yunus belə bir "imici" Azərbaycanın milli maraqlarına zidd hərəkəti ilə qazanıb. Belə bir halda Leyla Yunus korlanmış imicini bərpa etmək, yaxud özünün siyasi baxışlarına görə təqib olunan şəxs kimi təqdim etmək cəhdi əbəsdir. Özünü hüquq müdafiəçisi kimi sırımaq istəyən Leyla Yunusun indiyə qədər Azərbaycan dövlətinin beynəlxalq imicimə vurduğu sərbələr sağlmaz yaraya çevrilib. Xatırladaq ki, müstəqillik dövründən bəri bu "hüquq müdafiəçisi" özünün radikal və təxribat xarakterli bəyanatları ilə dövlətimizi gözdən salmaq niyyəti güdüb. Bununla kifayətlənməyərək istər Azərbaycanda, istərsə də, ölkə xaricində Ermənistan nümayəndələrinin çağırışları ilə üst-üstə düşən bəyanatlar səsləndirməklə Azərbaycan hökumətinə təzyiq etmək niyyətində bulunub. Daha doğrusu açıq-aşkar həmin qüvvələri Azərbaycana təzyiq etməyə çağırıb. Bu şəxsin iddiaları o qədər böyük olub ki, hətta Azərbaycanın Avropa Şurasına qəbulunun, Azərbaycanda "Eurovision" mahnı yarışmasının və Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsinin əleyhinə bəyənatlar səsləndirib. Məhz bu kimi fəaliyyət onun Vətən xaini simvoluna çevrilməsini labüd edib.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00