Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayır
20 Oktyabr 2014 14:33 SiyasətAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin bu gün Azərbaycana səfəri başlayır. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, H.Salber səfəri zamanı Azərbaycan rəhbərliyi, xarici işlər naziri Elmar Məmmədyarov və Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşü gözlənilir. Xüsusi nümayəndə həmçinin Bakı ətrafındakı məskunlaşan məcburi köçkünlərə baş çəkməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00