Ziyafət Əsgərov: “Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz”
17 Oktyabr 2014 18:19 Siyasət"Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğrudanmı, Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır? Məgər onların özündə problem yoxdur?" Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Əlavə edib ki, Amerikada irqçilik zəminində çox böyük problemlər var: "Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır".Z.Əsgərov deyib ki, Azərbaycana qarşı kampaniyalar çoxdan başlaıb, beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür: "Bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00