Qubad İbadoğlu: “Müsavatın gələcəyinə acıyıram”
13 Oktyabr 2014 15:14 Siyasətİqtisadçı-ekspert, müsavatçı Qubad İbadoğlu Müsavatın Divan üzvü Əhliman Abbasın partiya sıralarından getməsinə münasibət bildirib. Ə.Abbasın partiyadan çıxmasına təəssüfləndiyini deyən Q.İbadoğlu onun Müsavat Divanına üzv seçilməsində yaxından kömək etdiyini deyib. O, hesab edir ki, Əhliman Abbasın məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatçılığından irəli gəlir: "Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhs ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi". Qubad İbadoğlu Əhliman Abbası və onun kimi digər müasir dünyagörüşlü və azadfikirli gəncləri partiyada saxlaya bilmədikləri üçün təəssüfləndiyini bildirib. Q.İbadoğlu onun partiyadan getməsinə, nəinki təəssüləndiyini, həm də partiyanın gələcəyini acıdığını da etiraf edib.